Avtoreyd.Az Hadisə Lənkəranda toy mərasimi iştirakçıları qəzaya düşdü (Foto)

Lənkəranda toy mərasimi iştirakçıları qəzaya düşdü (Foto)


Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları, həmçinin ölən və yaralananların adları məlum olub.

AvtoReyd.Az “Report” a istinadən xəbər verir ki, hadisə eyni toyda iştirak edən maşınların toqquşması nəticəsində baş verib.

Qəza zamanı “42-CA-733” dövlət qeydiyyat nişanlı “Mercedes” toya gedirmiş, “10-FG-154” dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı minik maşınının sürücüsü isə qızını həmin toyun keçirildiyi yerdən götürüb geri qayıdırmış.

Qəza zamanı “VAZ-2106” markalı minik maşınının sürücüsü Əliyev Qalib Fərəməz oğlu ölüb, qızı Əliyeva Rumiyyə isə xəsarət alıb. Digər yaralı “Mercedes”in sürücüsü Rzayev Zaur Kamal oğludur. Onların hər üçü Lənkəran rayon Hirkan qəsəbə sakinləridirlər.

AvtoReyd.Az

 

Related Post

Bakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıbBakı-Qazax magistralında nəqliyyatın hərəkəti məhdudlaşıb

Bakı-Qazax avtomobil yolunda qatı duman səbəbi ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən xəbər verir ki, magistralın Goranboy rayon ərazisindən keçən hissəsində səhər saatlarından başlayaraq qatı duman avtomobillərin hərəkətini çətinləşdirib. Sürücülər əlverişsiz hava