Avtoreyd.az bildirir ki, ABŞ-ın ən böyük şəhəri olan Nyu-Yorkun Kuins rayonunda turist və sərnişindaşıma avtobuslarının toqquşması nəticəsində üç nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.
Zərbədən hər iki nəqliyyat vasitəsi səkiyə çıxdığı üçün təsadüfən yoldan keçən 68 yaşlı kişi həlak olub.
Bundan başqa avtobuslardan birinin 49 yaşlı sürücüsü və 55 yaşlı sərnişini də həlak olub.
Daha 16 nəfər isə ağır bədən xəsarətləri alıb. Onlardan altı nəfəri kritik vəziyyətdədir.
Nyu-York polisi qəzanın səbəblərini araşdırır.