Avtobusu qapısı açıq vəziyyətdə idarə edir. Sərnişinlər həm arxa, həm də ön qapıdan sallaşaraq dayanıblar. Belə vəziyyətdə isə onlar hər an yıxıla bilərlər.
Görüntüləri elə sərnişinlərdən biri tərəfindən qeydə alınıb.
Videonu XəzərXəbər-in WhatsApp nömrəsinə göndərən sərnişin bildirib ki, bu mənzərə hər gün yaşanır. Qaraçuxur qəsəbəsindən Neftçilər istiqamətinə hərəkət edən 66 saylı sərnişin avtobusunun sürücüsü qayda pozuntusuna yol verib.
Özü də sərnişinlərin həyatını təhlükəyə atmaqla.