Avtoreyd.az bildirir ki, Sankt-Peterburqda ticarət-əyləncə mərkəzlərindən birində azyaşlılar üçün nəzərdə tutulan buz meydançasında ziyarətçilər qəflətən 4 dəqiqəlik açıq-saçıq videoçarxı izləməli olublar.
Kadrlar naməlum şəxslər tərəfindən monitorlara buraxılıb. Biabırçı səhnələrin nümayişi zamanı isə buz meydançasının ətrafında onlarla balaca uşaq olub.
Xoşagəlməz hadisənin yaşandığı ticarət mərkəzinin administrasiyası hazırda məsələ ilə bağlı araşdırma aparır və günahkarları cəzalandıracağına söz verir.