Prezident keçmiş məşqçini döyüb (Video)

Avtoreyd.az bildirir ki, İsveçrənin “Syona” futbol klubunun prezidenti Kristian Konstantin əvvəllər İsveçrə yığmasının məşqçisi olan, hazırda isə müxbir işləyən Rolf Frinqerə yumruqla hücum edib.

Futbol klubunun prezidenti sabiq məşqçini “Luqano”-“Syona” matçı zamanı döyüb. Kameranın obyektivinə hadisənin yalnız son mərhələsi düşüb. Rolf Frinqerə “Syona” prezidenti Kristian Konstantini tez-tez tənqid edərək, onu narsisizm və eqoizmdə ittiham edib. Bundan başqa onu insanlar qarşısında özünü apara bilməməkdə də günahlandırıb.

 

By