Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az  xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsinin N.Nərimanov prospekti ilə kəsişməsində qeydə alınıb.

İki “Mesedes” markalı avtomobilin toqquşması nəticəsində şəhər sakini, 1989-cu il təvəllüdlü Güldanə Əbülfət qızı Əhmədzadə ağır bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan  bildirilib ki, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

”Report”

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.