Şəkidə bədbəxt hadisə baş verib. Rayonun Cumakənd kəndində yaşayan 3 yaşlı Gülnur Süleymanlının əli ətçəkən maşında qalıb.
Fövqəladə Hallar Nazirliyinin Şəki bolməsinin xilasediciləri və həkimlərin köməyi ilə azyaşlının əli ət maşınından çıxarılıb.
Daha sonra əli yaralı uşaq müalicə və əlin mikrocərrahlar tərəfindən bərpası üçün Bakıya göndərilib.
Hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi bildirilir.