Avtoreyd.Az Hadisə “Nizami” metrostansiyasından istifadə edənlərə – ŞAD XƏBƏR (Foto)

“Nizami” metrostansiyasından istifadə edənlərə – ŞAD XƏBƏR (Foto)


Azərbaycan memarlıq sənətinin təcəssümü olan “Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. “Bakı Metropoliteni” QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.

1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir. Stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir.

Qeyd edək ki, “Nizami” metrostansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq.

Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.

Related Post

Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb – FOTOQatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb – FOTO

Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb. AvtoReyd.Az “Report”un Qərb bürosunun məlumatına görə əsasən bildirir ki, yanvarın 25-də səhər saatlarından başlayaraq Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qatı duman müşahidə olunmağa

Lənkəranda yanacaqdoldurma məntəqəsində partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub – FOTOLənkəranda yanacaqdoldurma məntəqəsində partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub – FOTO

Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərin adı məlum olub. “Report”un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin sahibi, 1971-ci il təvəllüdlü Çingiz Qubad oğlu