Bəzən həyat ədalətli deyil. Siz onun böyük hissəsini sürrətlə hərəkət etməyə həsr edib öyrənirsiniz ,öyrəndikdən sora isə sizi cəzalandırırlar.Syuzi Volf-da belə oldu, sürəti aşdığına görə Böyük Britaniyada sürücülük hüquqlarından məhrum olundu.
Heç vaxt Syuzi haqqında eşitməmisiniz? Stoddart-ın onun qız soy adıdır. Onun avtoidmanda parlaq izi var. Şotlandiya təmsilçisi Formula-1-də pilot olmazdan əvvəl Formula-3-də və DTM-da yarışırdı, Williams F1 komandasında iştirak edib. O 2014-cü ildə Böyük Britaniyanın qran prisində iştirak etmiş ilk qadın oldu və sonra növbəti ildə Formula-1 yarışlarının Almaniyada, İspaniyada və Böyük Britaniyada keçirilən iştiraksı qismində çıxış etdi. 2015-ci ilin sonunda o avtoidmandan ayrılaraq televiziya şərhçisi oldu.
Görünür avtomobil yarışlarlarından ümumi istifadə yollarına keçid uğurlu alınmadı, çünki, ona sürətin aşılmasına görə artıq iki dəfə cərimə tətbiq edilmişdi, amma üçüncü dəfə heç bir güzəşt edilmədi.Belə ki,üçüncü dəfə müəyyən edilmiş sürət həddi saatda 30 mil olduğu halda onun idarə etdiyi avtomobili saatda 35 mil sürətdə qeydə alınıb .
Onun etirazlarına baxmayaraq ki, sürücülük hüquqdan məhrum edilməsi onun xeyriyyə fəaliyyətinə mənfi təsir edə bilər, hakim yenə də onu altı ay müddətinə avtomobili idarə etməkdən məhrum etdi.İndi onun idman yarışlarında iştirakına heç bir maniyə olmasada, sükan arxasında ümumi istifadə olunan yollarda ən azı altı ay avtomobil idarə etməyə qadağa qoyulub.