Türkiyənin Antalya əyalətinin Manavgat rayonunda içərsində turistlər olan mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” Haberturk-ə istinadən xəbər verir ki, yaralananlardan bir uşaqdır.

Sürücünün kimliyi hələ ki, məlum deyil.

Mikroavtobus avtomobil yolunun ortasındakı ayrıcı hissədə əkilən palma ağacına çarpılaraq, aşıb.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.