Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölən sürücünün kimliyi məlum olub.
AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, qəza zamanı ölən sürücü 1982-ci il təvəllüdlü İmişli rayon sakini Haqverdyev Xalid Əlirza oğludur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və kinoloqlar cəlb edilib.
Qeyd edək ki, qəzada ölən Haqverdiyev Xaliq FHN-nin sabiq əməkdaşıdır. O hadisə baş verən gündən 6 ay əvvəl işdən ayrılıb.