Ağdam rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil “VAZ-2106” markalı minik maşını ilə toqquşub. “VAZ-2106″nın sürücüsü, Mingəçevir şəhər sakini Rövşən Mustafayev və onun avtomobildə olan oğlu maşının aşması nəticəsində xəsarət alıb. İdarəetmədən çıxan “VAZ-2107” markalı avtomobil isə yol kənarında dayanan insanların üzərinə gedərək onların bir neçəsinə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.