Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, “Pikap” tipli avtomobil yeni tikilən yolda idarəetmənin itməsi nəticəsində maneəyə çırpılıb. Nəticə avtomobildə olan 2 nəfər xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların Kürdəmir rayon sakini – 1990-cı il təvəllüdlü Feyruz Məlikov və Astaranın Artuba kənd sakini, 1982-ci il təvəllüdlü Elmin Təyyar oğlu Məmmədov olduğu bildirilir. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

İlkin məlumata görə, xəsarət alanlar Ələt-Astara-İran yolunun tikintisində çalışırlar.

Fakt araşdırılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.