Avtoreyd.Az Hadisə Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb (Foto)

Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb (Foto)


Bakıda qəza törədən sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yol nişanının tələblərini pozan 10 NG 395 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobil 90 TT 360 qeydiyyat nişanlı “Toyota” markalı maşına çırpılıb. Hadisəni törədən sürücünün avtomobili deformasiyaya uğrayıb. Lakin, o, baş vermiş hadisədən sonra avtomobilini yolda qoyaraq qaçıb. Yol Patrul Ximdətinin (YPX) əməkdaşları hadisəni törədən sürücünün kimliyini müəyyən ediblər. Onun axtarışına başlanılıb.

Related Post

Bakıda avtobusda sürücü və sərnişinlərə silah çəkən şəxsin KİMLİYİ BİLİNDİ (VİDEO)Bakıda avtobusda sürücü və sərnişinlərə silah çəkən şəxsin KİMLİYİ BİLİNDİ (VİDEO)

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib. AvtoReyd.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi

“WhatsApp”dan daha bir yenilik“WhatsApp”dan daha bir yenilik

“YouTube” videosunu dəstəkləyəcək Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq. İstiPress xəbər verir ki, məlumata görə, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu