Avtoreyd.Az Hadisə Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var – FOTO

Bərdədə mikroavtobusla yük maşını toqquşub, xəsarət alan var – FOTO


Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 23 yaşlı Xəyal Fəxrəddin oğlu Quluyevə məxsus “Mercedes” markalı mikroavtobusla Firdovsi Verdiyevin idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə mikroavtobusun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şahidlərin sözlərinə görə, yük avtomobili yol kənarında dayanan mikroavtobusu arxadan vurub. Qəza zamanı mikroavtobusda sərnişinlər olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Related Post

Bakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb – VİDEOBakıda külək hündürmərtəbəli binadakı su çənini avtomobilin üzərinə aşırıb – VİDEO

Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb. ”Report”un xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə