Avtoreyd.Az Hadisə Sabirabadda iki avtomobil toqquşdu – Ölən və xəsarət alan var

Sabirabadda iki avtomobil toqquşdu – Ölən və xəsarət alan var


Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.

Nəticədə Saatlının Bəylik kənd sakinləri – 1972-ci il təvəllüdlü Abdullayev Əli Hüseynqulu oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Elmir İltifat oğlu xəsarət alıblar. Ə. Abdullayev xəstəxanaya aparılarkən ölüb. E. Abdullayev isə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.//APA

http://www.youtube.com/watch?v=oXt71AfBUag

Related Post