Tovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, hərəkətdə olan “Ford Tranzit”lə VAZ 21011 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.