Cəlilabad rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumatına görə, hadisə rayonun Muğan kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində “Mercedes” markalı iki minik avtomobili toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində biri Lənkəran sakini olmaqla, 3 nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.