Bakıda avtobusdan yerə düşən qadını və onun qızını avtomobil vurub.

“Report” xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Bilgəh qəsəbəsində dayanacaqda avtobusdan enərək yola çıxan 1973-cü il təvəllüdlü Bayramova Afət Tofiq qızı və onun qızı, 1997-ci il təvəllüdlü Bayramova Lamiyyə Habil qızını minik avtomobili vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.