Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Xan Qərvənd kəndində avtomobil yük maşını ilə toqquşub. Minik avtomobilinin sürücüsü, zılhacılı kənd sakini, 39 yaşlı Vüqar Xəlifəyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sürücünün həyat yoldaşı, 28 yaşlı Mənzər Xəlifəyeva isə hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.