Avtoreyd.Az Hadisə Uçuşdan əvvəl sərnişinlərin çəkisi yoxlanılacaq – Finlandiyada

Uçuşdan əvvəl sərnişinlərin çəkisi yoxlanılacaq – Finlandiyada


Finlandiyanın “Finnair Oyj” milli hava yolları şirkəti yaxın günlərdə uçuşdan əvvəl sərnişinlərin çəkisini yoxlama prosedurunu tətbiq edəcək.
AZƏRTAC xəbər verir ki, bu yolla uçuş şirkəti sərnişinlərin və onların əl yüklərinin ortalama ümumi ağırlığını hesablamaq niyyətindədir. Bu, təyyarənin yükünün, həmçinin onun yanacaqla doldurulmasının optimallaşdırılmasına imkan verəcək.
Sərnişinlərin qış və yay geyimində çəkiləri arasındakı fərq də aviaşirkəti maraqlandırır. Çəkinin yoxlanılması könüllü həyata keçirilir, alınan məlumat isə məxfi saxlanılır.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) 2009-cu il hesabatında əl yükü ilə birlikdə hər sərnişinin orta çəkisi kişilər üçün 88 kq, qadınlar üçün – 70 kq, 12 yaşadək uşaqlar üçün – 35 kq təşkil edir.

Related Post