Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Belə ki, “VAZ-21099″ və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Azadə Hüseyn qızı Hüseynova və 1960-cı il təvəllüdlü Rasim Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.