Həyət evlərindən kombi, qaynaq aparatı, istilik sistemləri və kabelr oğurlayan dəstə saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, Abşeron rayon Saray qəsəbəsində yaşayanlardan rayon polis idarəsinə məlumat daxil olub ki, qəsəbədə bir gecədə bir neçə ev qarət edilib. Evlərədən xeyli sayda məişət əşyaları, kombi və digər istilik sistemləri oğurlanıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli kimi Sumqayıt sakinləri, əvvəllər məhkum edilmiş Məmmədrza Salayev, Amil Əliyev və Mehman Şərifov saxlanılaraq istintaqa cəlb ediliblər. Adı çəkilən şəxslər əməllərini etiraf ediblər. Onlar cinayətləri narkotikə olan təlabatlarını dödəmək üçün törətdiklərini deyirlər.
Abşeron rayon polis idarəsindən verilən məlumata görə, dəstənin əməlindən zərərçəkən vətəndaşların sayı 20 nəfərdir. Lakin polis onların başqa qəsəbələrdə də oğurluq etməsini istisina etmir.
Paytaxtın Səbail polisi isə bir neçə gün əvvəl bahalı avtomobili qaçıran şəxsləri saxlayıb. Bakı şəhər sakini Vüqar Məhərrəmov polisə məlumat verib ki, Üzeyir Hacıbəyov küçəsində saxladığı avtomobili oğurlanıb. Polis Rəfael Əzimov və Elxan Əkbərlini elə həmin avtomobillə birlikdə saxlayıb.
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırmaq üçün əvvəlcə nəqliyyat vasitəsinin saxlanıldığı dayanacaqda yerləşən gözətçi otağından həmin maşının açarlarını oğurlayıblar. Qaçırılan avtomobili idarə edən Rəfael Əzimov bir müddət əvvəl də analoji cinayət etdiyinə görə məsuliyyətə cəlb edilib.