Bakıda ahıl kişini avtomobil vuraraq ağır xəsarət yetirib.

AvtoReyd.Az“Report”a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Belə ki, Məhəmmədi qəsəbəsində 63 yaşlı Ağalarov Etibar Mahmud oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.