Xırdalan-Mehdiabad-Balaxanı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında “90-LP-092” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil “99-XV-515” dövlət nömrə nişanlı “Kia” maşını ilə toqquşub.

Nəticədə “Kia” markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Qəza zamanı yaralıların və ölənlərin olduğu bildirilir. Qəzaya səbəb “Mercedes” markalı avtomobilin ötmə əməliyyatını düzgün etməməsi olub.

Hadisə yerindən fotoları təqdim edirik:

http://www.youtube.com/watch?v=s1b5C59MOzc

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.