Goranboy rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21011” markalı avtomobil idarəetmədən çıxaraq yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü və sərnişini yüngül xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.