Axşam saatlarında Gəncə şəhərində qadın sürücü yol qəzasına səbəb olub.
“Report”un məlumatına görə, şəhərin Heydər Əliyevprospekti ilə hərəkətdə olan “Hyundai Coupe” markalı avtomobil işıqforun qaydalarını pozaraq sol tərəfdən gələn avtomobilin yoluna çıxıb və nəticədə qəza baş verib.
İlkin məlumatlara görə, sürücüsü qadın olan “Hyundai Coupe” markalı idman maşınına və digər avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.