Avtoreyd.Az Gündəm Metronun “Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılır

Metronun “Həzi Aslanov” stansiyasında eskalator əsaslı təmirə dayandırılır


Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasında “ET-5M” markalı 2 saylı eskalator noyabr ayının 14-də əsaslı təmirə dayandırılacaq.

Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, eskalatorun təmiri, istismar qaydalarına uyğun olaraq, qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün aparılacaq.

Təmirin gələn ilin fevral ayında başa çatdırılması və təhvil-təslim işlərindən sonra eskalatorun yenidən istismara verilməsi nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

“Bakı Metropoliteni” QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

AvtoReyd.Az

Related Post

Tanınmış aparıcı qaydanı kobud pozaraq körpə uşağının həyatını təhlükəyə atdı (VİDEO)Tanınmış aparıcı qaydanı kobud pozaraq körpə uşağının həyatını təhlükəyə atdı (VİDEO)

Tanınmış aparıcı Lalə Əlimuxtarova avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. BAKU.WS-in məlumatına görə, aparıcı yaşı 12-dən aşağı olan qızını maşının ön oturacağında əyləşdirib. Bununla yanaşı Lalə Əlimuxtarova