Bakıda iki piyadanı maşın vuraraq öldürüb.

APA-nın məlumatına görə, Bakının Sabunçu rayonu ərazisində Ramal Quliyev idarə etdiyi “Daewoo” markalı maşınla yolu keçən 1952-ci il təvəllüdlü Etibar Ağalarovu vurub.

Paytaxtın Binəqədi rayonunda isə “KamAZ” markalı qaldırıcı kran 1958-ci il təvəllüdlü Nazxanım Hacıyevanı vuraraq öldürüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.