Hadisə

Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib

Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

Axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər hava limanına buraxılıb.

Gürcüstan DİN insidentlə əlaqədar məlumat yayıb. Məlumatda havalimanında partlayıcı qurğunun olması ilə bağlı xəbərin yalan olduğu bildirilir.

Tbilisi hava limanı artıq fəaliyyətini bərpa edib.

AvtoReyd.Az

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.