Şirvanda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində baş verib.

Şirvan sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən Şirvan şəhər sakini, 1974-cü il təvəllüdlü Həsənov Natiq Qocabəy oğlunun idarə etdiyi “QAZ-24” markalı 10 KD  962 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

http://www.youtube.com/watch?v=cWUdNYSrdR4

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.