Avtoreyd.Az Hadisə Sumqayıtda avtomobildən oğurluq edildi – VİDEO

Sumqayıtda avtomobildən oğurluq edildi – VİDEO


Sumqayıt şəhər Saray qəsəbəsində 10-RE-956 dövlət nömrə nişanlı “Ford Transit” markalı avtomobildən oğurluq edilib.

Bu barədə bizimyol.info-ya zərərçəkmiş Elçin Ağayevin özü məlumat verib.

“Hadisə noyabrın 1-də olub. Naməlum şəxs mənim avtomibildən uzaqlaşdığımı izlədikdən sonra maşına yaxınlaşaraq qapını açaraq iki mobil telefonu oğurlayıb”,-deyə E.Ağayev bildirib.

O, oğurluq hadisəsi ilə bağlı polisə şikayət edib. Oğurluq edən şəxsin hərəkətləri ərazidə olan video müşahidə kamerasının yaddaşına yazılıb.

http://www.youtube.com/watch?v=745RuOS4l_Y

Related Post