Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, “SHACMAN” markalı yük avtomobili “VAZ-2107” markalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb.

Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xismətinin əməkdaşları cəlb edilib. Yaralılardan ikisi “VAZ-2107”-dən çıxarılıb. Daha bir yaralının avtomobildən çıxarılması əməliyyatı davam etdirilir.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.