Sabirabadda 1 nəfərin ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.Sabirabad rayonunda qəza nəticəsində ölən və xəsarət alan şəxslərin polis əməkdaşları olduğu müəyyənləşdirilib.
AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunda rayonun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Jiquli” markalı avtomobilin radar dirəyinə çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu, xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.
Faktla bağlı araşdırma aparılır.