Avtoreyd.az bildirir ki, buna inanmaq çətin olsa da, amma fakt faktlığında qalır: gördüyünüz bu avtomobil ilk “Gelandewagen”dir.
1979-cu il istehsalı olan avtomobil AMG 280 GE 5.6 Sport adlanır. “Mercedes Gelandewagen AMG”nın ön hissəsinə baxarkən, inanmaq çətindir ki, bunu AMG-dan olan ustalar edib. Ədalət naminə qeyd etmək lazımdır ki, o zaman “Mercedes”in idman bölməsi əsasən yarış avtomobillərinin istehsalı ilə məşğul olub.
“Mercedes Gelandewagen”in salonuna al-qırmızı dəridən örtük çəkilib. Fotodakı düymələrə əsasən, orada həmçinin elektrik ötürücülərinin dəsti də nəzərdə tutulub.
Kapotun altında o illərin “Mercedes”inin ən güclü mühərriki – 300 at gücünə bərabər 5,6 litrlik V8 quraşdırılıb. Sürət yığma dinamikası haqqında məlumat olmasa da, “Mercedes Gelandewagen”nin maksimal surəti saatda 200 km-dir.
Mercedes-Benz tərəfindən istehsal edilən 280 GE 5,6 Sport avtomobillərinin sayı onlarladır. Deyilənlərə görə, demək olar ki, onların hamısı hazırda Yaxın Şərqdədir.
Yeri gəlmişkən, Ares atelyesində yığılan hazırkı dövrün ən parlaq “Mercedes Gelandewagen”inə bu yaxınlarda məhz Yaxın Şərqdə rast gəlinib.