Avtoreyd.az bildirir ki, Sankt-Peterburqda idarə etməni itirən taksi sürücüsü avtomobilində olan iki sərnişinlə birgə “Moyka” çayına düşüb. Maşın yarım saat buz kimi suda üzdükdən sonra qayıqda yardıma gələn xilasedicilər avtomobildə olan şəxsləri çaydan çıxardaraq, xəstəxanaya çatdırıblar.
Şahidlərin sözlərinə görə, taksinin çaya düşməsindən sonra sürücü və sərnişinlər tədricən batan avtomobil içərisində qalıbar. Bütün bu vaxt ərzində onlar üzə bilmədikləri haqda qışqıraraq yardım istəyiblər. İnsanlar xilas edilərkən avtomobilin salonu demək olar ki, tamamilə suyla dolu olub.