Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qayalı kəndi yolunda qeydə alınıb.

Belə ki, Tərtər rayon sakini Yaşar Sovet oğlu Muxtarovun idarə etdiyi 59-BF-141 dövlət-qeydiyyat nömrə nişanlı “QazEl” markal yük avtomobil yolu keçmək istəyən, rayon sakini, 1979-cu il təvəllüdlü Yüksəl Səyyaf oğlu Rəcəbovu vurub. Nəticədə zamanı ağır xəsarət alan 38 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

xezerxeber

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.