Sabirabadda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Cavad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək dəmir-beton dirəyə çırpılıb. Nəticədə rayonun Cavad kənd sakini, 34 yaşlı Elgül Elşad oğlu Cəbrayılov və digər 1 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.