Hadisə

Gəncədə maşın ağaca çırpılıb, sürücü və qadın sərnişin yaralanıb – FOTO

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, 28 May küçəsində Məmmədov Seymur Tacəddin sükanı arxasında olduğu “99-GO-163” dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı maşın idarəetmədən çıxaraq əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə S.Məmmədov və maşında sərnişin –1972-ci il təvəllüdlü Gəncə şəhər sakini Şərqiyyə Rasim qızı Mirzəyeva xəsarət alıb. Qadın xəstəxanaya yerləşdirilsə də, sürücü müqavimət göstərərək tibb müəssisəsinə getməkdən imtina edib.

Polis onun içkili olduğunu müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.