Ağdaş-Şamaxı avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə “Mercedes” markalı avtomobilin yolu keçən camışları vurması nəticəsində qeydə alınıb.

Qəza zamanı Mingəçevir şəhərindən olan bir ailənin iki üzvü – Yavər və Dilavər qardaşları müxtəlif bədən xəsarətləri alıb. Yaralanan sürücü və sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.