Avtoreyd.az bildirir ki, Avstraliyanın Melburn şəhərində qadın möcüzə nəticəsində qatarın təkərləri altında qalaraq həlak olmaqdan qurtulub. Qatarın platformaya çatmasına bir neçə saniyə qalmış stansiya işçiləri onu xilas edə biliblər.
Gecə vaxtı avstraliyalı xanım dəmiryolunu müəyyən olunmamış yerdən keçib.
Platformaya yaxınlaşdıqda o, qalxmaq üçün perronda dayanan kişidən ona yardım etməsini xahiş edib. Bu an da üfüqdə sürətlə hərəkət edən qatar görünüb.
Xoşbəxtlikdən, yaxınlıqda stansiya əməkdaşları da olub. Onlar qaçaraq köməyə gəlməklə qadını ölümün pəncəsindən xilas ediblər.