Avtoreyd.Az Hadisə Avtomobilini evakuasiyadan xilas etməyə çalışan sürücü infarktdan ölüb (Video)

Avtomobilini evakuasiyadan xilas etməyə çalışan sürücü infarktdan ölüb (Video)


Avtoreyd.az bildirir ki, Tatarıstanda, Kazan şəhərinin mərkəzində maşınını təyin olunmamış yerdə park etdiyi üçün evakuasiya edilməsinə görə stress yaşayan avtomobil sahibi infarktdan dünyasını dəyişib.

“Kazan” dəmiryol vağzalının yaxınlığında quraşdırılan avtodayanacağın xarici müşahidə kameraları kişinin ölüm anını lentə alıb.

Kadrlardan da görünür ki, dayanacağa üç evakuator gəlir, hansılar ki, müəyyən olunmayan yerdən park edilən avtomobilləri götürməyə başlayırlar.

Cərimə meydançasına aparılacaq avtomobillərdən birinin sahibi evakuatora doğru qaçaraq xidmətin əməkdaşlarından biri ilə razılaşmağa çalışır.

Rədd cavabı aldıqdan sonra həmin şəxs, bir neçə metr uzaqlaşdıqdan sonra yenidən öz maşınına doğru geri qayıtmaq istədikdə yerə yıxılır.

Evakuatorun sürücüsü kişiyə tərəf qaçdıqda o, artıq keçinmişdi.

İnsident nəticəsində dünyasını dəyişən şəxs özəl şirkət rəhbəri 56 yaşlı German Kosarevdir. Onun ölümünün ilkin səbəbi güclü emosional sarsıntıya üzündən keçirdiyi infarkt olub.

Related Post