Cəlilabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə,  hadisə Ələt-Astara magistral yolunda,  Cəlilabad Diaqnostik Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, rayonun Maşlıq kənd sakini, 1988-ci il təvəllüdlü  Əsədulla Məhəmməd oğlu  Alışanov  idarə etdiyi 90-BK-347 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobillə  hərəkətdə olarkən yolun kənarındakı atı vurub. Nəticədə at ölüb.

Qəza zamanı  atın sahibi, 2000-ci il təvəllüdlü Murad İlqar oğlu Kərimov və avtomobilin sürücüsü  müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.