Hadisə

Biləsuvarda 64 yaşlı piyadanı avtomobil vurub

Biləsuvar rayonunda 64 yaşlı piyadanı avtomobil vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin 5 mərtəbə adlanan ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili rayonun Bağbanlar kənd sakini, 1953-cü il təvəllüdlü Xeyriş Pənci oğlu Aslanovu vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.