Avtoreyd.Az Hadisə Polis, saxlanılan şəxsin əvəzinə elektroşokerlə təsadüfən öz həmkarını zərərsizləşdirib (Video)

Polis, saxlanılan şəxsin əvəzinə elektroşokerlə təsadüfən öz həmkarını zərərsizləşdirib (Video)


Avtoreyd.az bildirir ki, Ohayo ştatının, Riversayd şəhərinin polis zabiti, saxlanılan şəxsin əvəzinə təsadüfən elektroşokerlə öz həmkarını zərərsizləşdirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları məişət zorakılığı hadisəsi ilə bağlı çağırış yerinə gəliblər. Şübhəli bilinən 22 yaşlı Kristofer Makklinton adlı amerikalı avtomobildən enməkdən və şəxsiyyət vəsiqəsini göstərməkdən imtina edib.

Bu zaman polis əməkdaşları onu güclə maşından çıxartmalı olublar. Kristofer Makklinton müqavimət göstərdikdə, polislərdən biri elktroşokeri işə salıb. Bu vaxt, eyni anda həm 22 yaşlı amerikalı, həm də polis zabiti Makklinton zərbə alıb. Nəticədə, zabit ağrıdan qışqıraraq yola yıxılıb.

“Bağışla,Nik”,-hadisədə gunahkar olan polis həmkarından belə üzr istəyib. Polis hələ bir müddət ayağa qalxa bilməyib. Sonra onu xəstəxanaya yollasalar da, lakin həkimlər zabitin heç bir ciddi xəsarət almadığı  bildirilib.

Related Post

Bakı metrosunda qorxulu anlar: gənc oğlan relslərin üzərinə yıxıldı – VİDEOBakı metrosunda qorxulu anlar: gənc oğlan relslərin üzərinə yıxıldı – VİDEO

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında hadisə baş verib. AvtoReyd.Az xezerxeber.az-a istinadən məlumat verir ki dünən saat 13:30 radələrində bir nəfər təsadüfən relslərin üzərinə yıxılıb. Xəbərlə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti