Avtoreyd.az bildirir ki, uzunluğu 13 metr olan sürətli yaxta, göyərtəsini açılıb-bağlanan panellər hesabına 40 faizə qədər genişləndirə bilir. iPad və ya iPhone üçün nəzərdə tutulan xüsusi proqram əlavəsi ilə idarə olunan proses cəmi 30 saniyə çəkir.
Amerika bazarı üçün nəzərdə tutulan yaxta 12 sərnişin tutur. Maksimal sürət saatda təxminən 70 kilometr; əlavə yanacaq doldurmadan uzaq məsafə qət etmək bacarığı isə təxminən 540 kilometrdir.
Əsası 2015-ci ildə qoyulan sürət yaxtalarının hazırlanması üzrə ixtisaslaşan italyan tərsanəsi Evo Yachts-ın mənzil-qərargahı, Neapol şəhərində yerləşir.