Salyanda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonunun Sarvan kəndi ərazisindən keçən hissəsində baş verib.

Yaralılardan 4-nün vəziyyətinin ağırdır.

Qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.

Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır. Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.