Abşeron rayonunun Xırdalan şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.