Gəncədə avtomobil qəzasında ağır bədən xəsarətləri alan 56 yaşlı kişi xəstəxanada ölüb.
AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, bu ilin oktyabrın 27-də şəhərin Atatürk prospektində “VAZ 21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır bədən xəsarətləri alan, “VAZ”da olan 1961-ci il təvəllüdlü Vidadi Hümbətov bu gün xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, qəzada avtomobildə olan V. Hümbətovun oğlu, 2003-cü il təvəllüdlü Ümid Hümbətov də bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, 14 yaşlı Ümidin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.