Naftalan şəhərində avtoyuma məntəqəsində çalışan şəxsi elektrik cərəyan vuraraq öldürüb.
Xocalı rayonundan olan məcburi köçkün, 1957-ci il təvəllüdlü Elburus İslam oğlu Əliyev avtomobil yuyarkən onu elektrik enerjisi vurub. Nəticədə E.Əliyev hadisə yerində ölüb. onun meyiti müayinə olunmaq üçün tibbi ekspertizaya yerləşdirilib.
İlkin məlumata görə, hadisə avtoyuma məntəqəsində olan maşınyuyan aparatın nasaz olması səbəbi ilə baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.